Cambalkon Sistemlər
Cambalkon Sistemlər

Qatlanır cambalkon panoramanı pozmadan heç bir maneəsiz görüntü sağlayan qar, yağış suyu və küləyin bir başa təsirindən qorunmaq üçün nəzərdə tutulmuş bir sistemdir. Rahatlıqla açılıb bir kənarda toplanaraq tam açıq balkon yarada bilən bu sistem son zamanlar alıcılar tərəfindən ən çox tələb olunan məhsula dönmüşdür. Müxtəlif rəngdə və tonlarda şüşə çeşidləri ilə istənilən dizayna uyğunlaşa bilər.

Qış Baxçası
Qış Baxçası

Qış baxçası üçün sistemlər istər istifadəsi, istərsə də dizaynı ilə istənilən təbii məkanın gözəlliyini və təbiliyini qoruyaraq modern yaşayış sahəsinə çevirir. Qış bağçalarının tavanlarını müxtəlif açılıb-bağlanan sistemlərlə bağlamaq olar.

Qapı Pəncərə Sistemləri
Qapı Pəncərə Sistemləri

Güclü izoliyasiya xüsusiyyətlərinə malik olan İZOSİSTEM pəncərə və qapı sistemi.İki alüminium arasındakı plastik bariyer sayəsində çöl və iç metalın bir biri ilə əlaqəsi tam olaraq kəsilir, istilik və səs izoliyasiyası əmələ gəlir ki, nəticədə həm səs keçirənliyi, həm temperatur itirilməsi, həm də profilin tərləməsinin qarşısı alınmış olur.

Duşkabin
Duşkabin

Sürmə qapılı duş kabinlər paslanmaz aksesuarlar və 10 mm temperli şüşə sayəsində açılan zaman heç bir yer tutmayan bu sistem hazırda ən çox tələb olunan  duş kabin sistemidir.

Ofis Arakəsməsi
Ofis Arakəsməsi

Ofis arakəsmə alüminium, şüşə və mebel kombinəsindən əmələ gələn sistemdir. Bu tip ofis arakəsmələri alüminium rəngi, şüşə rəngi, mebel teksturası və bölgüsünə görə istənilən dizayna uyğunlaşdırıla bilər.

Tent Pergola
Tent Pergola

Avtomatik açılır tent pergola sistemlərini istənilən məkan üçün quraşdırmaq mümkündür. Bağlı vəziyyətində gün keçirməyən və oda davamlı blackout tent və led işıqlandırma sayəsində özəl bir ortam yaranır. Açıq vəziyyətində isə səmanı heç bir maneəsiz seyr edə bilərsiniz.Su təhliyə sistemi öz konstruktiv sistemində olan tent pergola heç bir yağış və qar suyunu içəri keçirtmir.Bu sistemdə müxtəlif rəng tent çeşidləri,müxtəlif rəng işıq çeşidləri və RAL kotaloq üzrə istədiyiniz rəng profil çeşidlərində sifariş edə bilərsiniz.

Şüşə Məhəccər
Şüşə Məhəccər

Şüşə məhəccər əsasən laminə şüşədən bəzi hallarda isə tək qat temperli şüşədən olur. Şüşə perilanın istəyə, dizayna görə bir neçə variantlarda hazırlamaq mümkündür. Perilanın pillələrini də şüşədən hazırlamaq mümkündür. Şəffaf və ya rəngli şüşələrdən həmçinin şüşə arası şəkilli laminələrdən də hazırlamaq olar.

Ağcaqanad Torları
Ağcaqanad Torları

Ağcaqanad və başqa həşəratlardan qorunmaq üçün istifadə etdiyimiz sistemdir.Bir neçə cür çeşidi mövcuddur.Sabit taxılan,Normal içəri açılan, Sürmə setka, Piliseli setka, Rulon (aşagıdan yuxarıya) və s.

Spayder Cəbhə
Spayder Cəbhə

Bu sistemin xüsusiyyəti cəbhə örtmə vəsitəsi olaraq yalnız şüşənin istifadəsi ilə daxili və xarici mühit arasındakı görülə bilmə nisbətinin maksimum səviyyəyə çıxarılmış olmasıdır.